Blog hero image

Logistika

Komandamızın apardığı ilkin araşdırmalara görə, Azərbaycanda hava yükdaşıma şirkətlərini seçərkən qiymət, qəbul məntəqələri və sürət aparıcı amillərdir.

Sənayedə nəzərə çarpacaq dərəcədə gərgin rəqabət aparıcı firmaları bazar payını artırmaq üçün yeni bir dəyər təklifi formalaşdırmağı tələb edir.

Hal-hazırda təqribən 55 hava yükdaşıma şirkəti mövcuddur. Bununla belə, onların əksəriyyəti eyni dəyər təklifləri üzərində rəqabət aparır. 1A rəqabət meyarları: 

Qrafikdən də göründüyü kimi, firmaların əksəriyyəti dıyır təklifini bəyannamə doldurulma və konkret hədəf qruplarına müxtəlif tanıtım kampaniyaları təklif etməklə həyata keçirir. Karqo firmalarının əldə etməyə çalışdıqları digər mühüm amillər bölgələr daxilində qəbul məntəqələrinin sayını artırmaqdır.



Bununla belə, bizim mövzu ilə bağlı ilkin və ikinci dərəcəli araşdırmalarımız Azərbaycanda yükdaşıma sənayesinin gələcəyinin firmaların öz müştərilərinə daha çox fərdiləşdirilmiş təkliflər həyata keçirəcəyini proqnozlaşdırır. Daha dəqiq desək, müştərilərinizi digərlərindən daha yaxşı tanımaq vaxtı artıq yetişib!

Böyük onlayn B2C platformaları artıq bu strategiyanı qəbul ediblər. Məsələn, Amazon, Facebook və YouTube istifadəçilərinin nə istədiklərini onların özlərindən daha yaxşı bilir.

Uğura gedən yolda TWC ilə

© 2021 Think Wise Consulting MMC