FAQ

1. TWC-nin nəşrləri nədir?

Twc.az-da TWC şirkətdən kənar auditoriya üçün kontentinin böyük əksəriyyətini dərc edir. Kontenlər məqalələrdən, hesabatlardan və videolardan ibarətdir.

2. Mən TWC-nin nəşrlərini yenidən çap edə və ya yaya bilərəmmi?

Twc.az ziyarətçiləri şəxsi biznes, təhsil və ümumi məlumat məqsədləri üçün nəşrimizi endirə və çap edə bilərlər. Yenidən çap və paylaşma məqsədləri üçün ziyarətçilər [email protected] ünvanından tələb edə bilərlər. TWC kontentimizin promosyonlar, satışlar, marketinq və s. daxil olmaqla, lakin bununla məhdudlaşmayaraq, biznes məqsədləri üçün istifadəsinə icazə vermir.

3. TWC şirkətdən kənar məqalə qəbul edirmi?

Baxmayaraq ki, twc.az-dakı kontentin əksəriyyəti TWC konsultantları tərəfindən yazılıb, biz öz sahələrində tanınmış liderlərdən TWC-yə aid olmayan məqalələri qəbul edirik. TWC-nin sizin məqalənizi paylaşmaqda maraqlı olduğunu öyrənmək üçün [email protected] ünvanına e-poçt göndərin və lazım olduğu halda, biz məzmunu müzakirə etmək üçün əlaqə salayacağıq.

Uğura gedən yolda TWC ilə

© 2021 Think Wise Consulting MMC