Trend hero image

“TWC Management Consulting” şirkəti tərəfindən təlim keçirilib.

Mayın 31-i Marsol Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “TWC Management Consulting” şirkəti tərəfindən təlim keçirilib. “Sahibkarlıq fəaliyyətində maliyyə idarəetməsi” mövzusunda baş tutan təlimdə, Marsol Group partnyorlarına biznesin müxtəlif aspektləri üzrə məlumatlar verilib.

Təlim çərçivəsində “TWC Management Consulting”in rəhbəri Çingiz Novruzzadə şirkətin fəaliyyət istiqamətləri haqqında məlumat verib. Daha sonra şirkətin maliyyə layihələri üzrə meneceri Zaur İbişov maliyyə savadlılığının dərəcəsinin müəssisədə rolu, maliyyə resurslarının effektiv idarə edilməsi və maliyyə risklərinin azaldılması kimi bir sıra mövzulara toxunub. Partnyorlarımız şirkətləri haqqında məlumat verərək, biznes və maliyyə savadlılığı mövzusunda müzakirələr aparıblar.

Uğura gedən yolda TWC ilə

© 2021 Think Wise Consulting MMC